Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün müsahibə elan olunub…

AgahMedia.Com informasiya portalının Dövlət İmtahan Mərkəzindən aldığı məlumata görə, dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edilib... Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər: Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları; Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya …

Avropaya işçilər yığılır…

AgahMedia.Com informasiya portalının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinindən aldığı məlumata görə, Dövlət Məşğulluq Agentliyi "Azərbaycandan işçi qüvvəsinin ixracı" layihəsi çərçivəsində Sloveniyada 200-dən çox vakansiya üzrə işə qəbul üçün müraciətlərin qəbuluna start verib. Müraciətlər onlayn qaydada qəbul olunur. Təklif olunan iş yerləri əsasən sənaye, logistika və səhiyyə sahələrini əhatə edir. Vakansiyalar arasında material emalçısı, qaynaqçı, …

Aylıq 620 manatdan başlayan ödənişlərlə yeni mənzillər satışda…

AgahMedia.Com informasiya portalının İpoteka və Kredit Zəmanət Fondundan aldığı məlumata görə, Fond satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonunun Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində 208 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir. Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 620 manatdan başlayır. Yeni mənzillərin seçimi 20 avqust 2026-cı il tarixində saat …

Dövlət teatrlarında direktor və direktor müavini vakansiyaları elanı…

AgahMedia.Com informasiya portalının Mədəniyyət Nazirliyindən aldığı məlumata görə, regionlarda fəaliyyət göstərən dövlət teatrlarında vakant olan direktor və direktor müavini vəzifələrinin tutulması məqsədilə müsabiqə elan olunub... Direktor vəzifəsi üzrə əmək funksiyaları: Teatrın fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təşkil etmək; Yaradıcı və inzibati idarəetmənin həyata keçirilməsinə nəzarət etmək; Teatrın strateji məqsədləri və planlarının, habelə büdcəsinin icrasına nəzarət …

Fermerlərin nəzərinə!…

AgahMedia.Com informasiya portalının Kənd Təsərrüfatı Nazirliyindən aldığı məlumata görə, 1 avqust 2026-cı il tarixindən 1 sentyabr 2026-cı il tarixinədək ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan fermerlər, istehsalçılar və satıcılar tedaruk.az saytına daxil olaraq dövlət satınalan təşkilatların 2027-cı il üzrə tələbatlarına uyğun olaraq ərzaq məhsullarına dair təkliflərini yerləşdirə bilərlər. Elektron portal vasitəsilə ərzaq məhsullarını …

Yüzlərlə vakant yer üçün müsahibə elanı verildi…

AgahMedia.Com informasiya portalının Dövlət İmtahan Mərkəzindən aldığı məlumata görə, dövlət orqanlarında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan 398 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elanı verilib. Ümumi müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (17 vəzifə) tərəfindən təqdim olunub. Eyni zamanda, ümumi müsahibə elan edilən vəzifələrdən 148-i …

Magistraturaya hazırlaşanların nəzərinə!…

AgahMedia.Com informasiya portalının Dövlət İmtahan Mərkəzindən aldığı məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlanılıb. Bakalavrlar 26 iyul saat 23:59-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə (https://eservices.dim.gov.az/erizemag/erize) ixtisaslaşma seçimini aparmalıdırlar. Müsabiqəyə yalnız “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

Daşınmaz əmlak bazarında qiymət artımı müşahidə olunur…

AgahMedia.Com informasiya portalının məlumatına görə, Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) 2026-cı ilin may ayı üzrə daşınmaz əmlakın indekslərini açıqlayıb. Qeyd olunub ki, hesabatın hazırlanması zamanı baza ili (2025-c ilin ilin sonu və 2026-cı ilin əvvəli) əsas götürülüb. Palatadan bildirilib ki, 2026-cı ilin may ayı ərzində daşınmaz əmlak bazarında ümumi artım tendensiyası davam edib və ayrı-ayrı seqmentlər …

Bakıda beynəlxalq miqyaslı “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri başladı…

AgahMedia.Com informasiya portalının məlumatına görə, 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri Bakı Ekspo Mərkəzində bugündən (13 may 2025-ci il) öz işinə başlamışdır və 16 may tarixinədək davam edəcəkdir. Tədbirlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), …

Bakıda Novruz Yarmarkası təşkil olunacaq…

AgahMedia.Com informasiya portalının Kənd Təsərrüfatı Nazirliyindən aldığı məlumata görə, Novruz bayramı ilə əlaqədar “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 8-19 mart tarixlərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq. 12 gün fasiləsiz davam edəcək yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək, fermer təsərrüfatları üçün …

Təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı qrant müsabiqəsi elan edildi

AgahMedia.Com informasiya portalının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) aldığı məlumata görə,“Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq, təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə növbəti müsabiqə elan edilib. Şərtlər: - Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan …

Yerli şirkətlərin tanıtım sərgisi başladı…

İyunun 24-də Bakı Ekspo Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə “5-ci yerli şirkətlərin tanıtım sərgisi”nə start verilib. Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq, satış imkanlarını genişləndirmək və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. AgahMedia.Com informasiya portalının Kiçik və …

Gömrük orqanlarında işə qəbul olunmaq istəyənlərin nəzərinə

AgahMedia.Com informasiya portalının Dövlət İmtahan Mərkəzindən aldığı məlumata görə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin gömrük orqanlarına xidmətə qəbul üzrə müsabiqəsinin test imtahanı mərhələsində iştirak etmək istəyən namizədlər 30 may saat 10:00-dək Dövlət İmtahan Mərkəzinin internet saytında “Gömrük orqanlarına xidmətə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak etmək üçün qeydiyyat” elektron xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. Burada …

Bakıda növbəti Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi keçiriləcək…

AgahMedia.Com informasiya portalının məlumatına görə, sayca 17-ci olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood” Azerbaijan” sərgiləri 15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. “Caspian Agro” sərgisinə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi təşkilati dəstək göstərir. Bundan başqa, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin …

İş yerini dəyişdirmək istəyən müəllimlər üçün növbəti vakansiya seçimi mərhələsi başladı…

AgahMedia.Com informasiya portalının Təhsil Nazirliyindən aldığı məlumata görə, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə 23 aprel saat 11:00-da start verilib. Qeyd olunan tarixdə keçiriləcək vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş müəllimlər iştirak edə bilərlər. Vakansiya seçimi üçün elektron sistem 29 aprel saat 11:00-dək aktiv olacaq.

Bakıda “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil ediləcək…

AgahMedia.Com informasiya portalının Kənd Təsərrüfatı Nazirliyindən aldığı məlumata görə, Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 9-19 mart tarixlərində Bakı şəhərində növbəti “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq. Yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək və fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır. Yarmarkanın əsas …

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi növbəti qrant müsabiqəsini elan etdi…

AgahMedia.Com informasiya portalının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) aldığı məlumata görə, Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq, təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə 5-ci qrant müsabiqəsi …